Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

"Unikal" xəbər verir ki, günün yeganə qarşılaşması Tovuzda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olacaq.

Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq.

Hazırda turnir cədvəlində “sarı-göylər” 13 xalla doqquzuncu, “gənclik şəhəri” təmsilçisi isə 23 xalla dördüncü pillədədir.

Azərbaycan Premyer Liqası

XVII tur

14 dekabr

15:30. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları dekabrın 15, 16 və 18-də keçiriləcək.