Hindistanın Mumbay şəhərində keçirilən yarışda həmyerlimiz Orxan İbadov iki kateqoriyada dünya çempionu olub.
"Unikal" xəbər verir ki, İbadov 1 saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza atıb.
Bundan əlavə o, 15 dəqiqə ərzində 146 ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini üstələyib.