Çin kəşfiyyatı Aİ tərəfindən Belçikalı millətçi senator Frank Kreilman vasitəsilə qəbul edilən qərarlara təsir etmək niyyətində olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pekin bu siyasətçinin köməyi ilə uyğurlara qarşı repressiya və Tayvanın statusu məsələlərində səsverməyə təsir göstərməyə çalışıb. 

Məlumata görə, Kleimanın Çin kəşfiyyatından tapşırıqlar alması siyasətçinin Qərb kəşfiyyat xidmətindəki mənbədən aldığı yazışmaları öyrəndikdən sonra məlum olub.

Yazışmalar 2019-cu ildən 2022-ci ilə kimi 30 ay davam edib. Kreilmanla Çin Dövlət Təhlükəsizlik Nazirliyinin zabiti Daniel Vu əlaqə saxlayıb və ona bəzi məlumatlar ötürüb.