İtaliya A seriyasında 16-cı tura start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. “Yuventus” “Cenoa”nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Qolları Kyeza, 28-pen. (0:1), Qudmundsson, 48 (1:1) vurublar. 

Bu nəticədən sonra “Yuventus” 37 xalla (16 oyun) 2-ci, “Cenoa” 16 xalla (16 oyun)  14-cüdür. Turnir cədvəlinə 38 xalla (15 oyun) “İnter” başçılıq edir.