Biləsuvarda şirkət avtomobili qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
📍Biləsuvarda "SƏBA" şirkətinin avtomobili qəzaya düşüb olub, ölən var pic.twitter.com/3869rbySkh
— Unikal.az (@UnikalOrgPortal) December 16, 2023