Türkiyənin “Kocaelispor” futbol klubunun vitse-prezidenti Ekrem Can futbolçu seçmək və futbol akademiyalarını ziyarət etmək üçün getdiyi Nigeriyada malyariyaya yoluxub.
"Unikal" xəbər verir ki, Ekrem Canın həyatını xilas etmək mümkün olmayıb.
48 yaşlı vitse-prezident və iş adamı “Kocaelispor”un prezidenti Engin Koyun ilə birlikdə 15 gün əvvəl Nigeriyaya səfər edib.
O, şəhərdəki futbol akademiyalarına və idman obyektlərinə baş çəkib, idmançıların oyunlarını izləyib. Nigeriyada Ekrem Canda taqətsizlik, halsızlıq və malyariya əlamətləri müşahidə edilib və bu şikayətlər Kocaeliyə qayıtdıqdan sonra da davam edib.
Səhhəti günü-gündən pisləşən iş adamı Gebze rayonunda özəl xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.