Çin avtomobil bazarında liderlik edir.
"Unikal" “Avtostat” analitik agentliyinə istinadən xəbər verir ki, Çin noyabr ayında dünyada avtomobil satışında lider mövqeyini qoruyub, rekord sayda avtomobil satıb.
Noyabrda Çin istehsalı olan 2 milyon 935 min ədəd avtomobil satılıb.
Qeyd edək ki, ötən ay dünya avtomobil bazarlarında ümumilikdə 8 milyon 31 min ədəd avtomobil satılıb.