"Rusiya hansısa ölkənin peyki ola bilməz və bəziləri kimi kolbasa müqabilində öz suverenliyindən imtina etməyəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya”nın 21-ci Konqresinin plenar iclasında deyib.
“Rusiya ya suveren, özünü təmin edən dövlət olacaq, ya da ümumiyyətlə olmayacaq”, - deyən dövlət başçısı əlavə edib ki, vətəndaşlar bunu həmişə yadda saxlamalı və heç vaxt unutmamalıdırlar.
Rusiya lideri vurğulayıb ki, gələcəyini Rusiya özü müəyyən edəcək və yaradacaq.