Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı "Kapital Bank"ın depozit məhsulu üzrə şərtləri çox sərfəlidir. 

"Unikal" xəbər verir ki, əmanət müddəti 12 aydan 36 ayadək olmaqla bankın USD valyutası üzrə depozit faizi 3.5%-dir. 

Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir. Bundan başqa əmanət yerləşdirən müştərilərə depozitin 80%-i həcmində nağd və ya kartla kredit xətti təklif edilir. 

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın "Kapital Bank" filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kddpr

140 ildən çox tarixə mailik olan "Kapital Bank" depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib. 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.