Braziliyalı hücumçu Neymarın PSJ-yə transferi səhv olub.

"Unikal" xəbər verir ki, bu barədə futbolçu Luis Suares deyib.

"Mən, Messi və Neymar çox yaxşı dost idik, bilirdik ki, meydanda öz rollarımızı oynasaq, "Barselona"nı möhtəşəm edəcəyik. Birimiz zəif oynasaydıq, digər ikimiz fərq edərdi. Bu, heyrətamiz bir əlaqə idi. 

Neymara PSJ-yə qoşulmağın səhv olduğunu söylədik. Neymar ən yaxşı olmaq istəsəydi, Messinin yanında qalardı, lakin o, qərarını verdi və bu, komandada boşluq yaratdı", - deyə hücumçu bildirib. 

Ağarza Elçinoğlu