Azərbaycan 36 ton toyuq yumurtasının ilk partiyasını Rusiyaya göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Rosselxoznadzorun mətbuat xidməti məlumat yayıb.

Dekabrın 13-də Kənd Təsərrüfatı Nazirliyi bazarı tam təmin etmək üçün yumurtaya idxal rüsumlarının sıfıra endirilməsi qərara alındığını, tədarükün artırılması üçün dost ölkələrlə danışıqların aparıldığını açıqlayıb.

Rosstatın məlumatına görə, ilin əvvəlindən toyuq yumurtasının qiyməti 36%-dən çox artıb.