Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı Daxili İşlər Nazirliyində müvafiq tədbirlərə başlanılıb.

"Unikal" xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, prezident seçkilərinin qanunvericiliyə uyğun təhlükəsiz şəraitdə keçirilməsi, ictimai asayişin qorunmasının təşkili məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb.