Son bir neçə ildir müxtəlif ölkələrdə gündəmdə olan 4 günlük iş həftəsi təcrübəsi Portuqaliyada da sınanılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, iyun ayından etibarən ölkədə pilot tətbiqə qatılan işçilər arasında aparılan sorğuda stress və yuxusuzluq problemlərinin yüzdə 21 azaldığı müəyyən edilib.

Məlumatlara görə, pilot tətbiqdə iştirak edən şirkətlərdə çalışanlar arasında narahatlıq, gərginlik və depressiyanın yüzdə 21, yorğunluğun yüzdə 23, tənhalıq hissinin isə yüzdə 14 azaldığı bildirilib. Belə ki, sınaqda iştirak edən şirkətlər həftəlik iş saatını 41,5 saatdan təqribən 12 faiz azaldıb, 36,5 saata endirib və işçilərinin maaşlarında heç bir dəyişiklik etməyiblər.

Pilot layihədə iştirak edən şirkətlərin 95 faizi bu sistemi hazırda faydalı hesab etdiklərini bildirsələr də, araşdırmanın 2024-cü ilin aprelində tamamlanacağı qeyd edilib.