Zambiyada iki təhlükəli yoluxucu xəstəliyin - vəba və qarayaranın yayıldığı bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir gündə ölkədə vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i Lusakadadır. Həmçinin burada vəba xəstəliyindən daha üç nəfər ölüb, bununla da ümumi ölüm sayı 60-a çatıb.

Vəba “çirkli əllərin xəstəliyi” adlandırıldığından səlahiyyətlilər əhalini sanitariya və gigiyena qaydalarına riayət etməyə çağırıb. Zambiya ilə eyni vaxtda Zimbabve və Mozambikdə də vəba halları qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikada 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunub.

Fidan Camal