Güclü zəlzələdən təsirlənən Türkiyənin Kahramanmaraş vilayətində mağaza sahibi atdığı addımla diqqət çəkib.

"Unikal" xəbər verir ki, təbii fəlakətin üzərindən aylar keçməsinə baxmayaraq zəlzələnin səbəb olduğu dağıntılar hələ də qalmaqda davam edir.  Bununla yanaşı, ticarət obyektinin sahibi tez-tez naməlum şəxslərin bu ərazidə oğurluq etdiyini bildirib. 

Təhlükəsizlik kamerasının oğurlanmasından sonra şəxslərin izini itirən mağaza sahibi maraqlı addım atıb. Belə ki, o, sökülmüş mağazanın divarına "Əziz oğru qardaşlar, lütfən, kondisionerin motorunu və kabelini oğurlamayın. Bunlar bahadır. Nə pul lazımdırsa, arxadakı dükana gəlin, verərik” qeydini yazıb. 

Müxtəlif vaxtlarda kondisioner motoru və mis boruları oğurlanan tacir vəziyyəti polisə də bildirib. 

Gülayə Mecid