Qarabağda yaradılmış qondarma separatçı rejim antiterror əməliyyatından sonra özünü buraxdı, bundan sonra 2024-cü ilin 1 yanvarında onun ləğvi haqqında fərman verildi. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə separatçı rejimin nümayəndəsi Tiqran Petorsyan bildirib. 

Onun sözlərinə görə, separatçıların nümayəndələri "Artsax"ın ləğvi haqqında fərmanın qüvvədən düşməsi haqqında fərman imzalatmaq istəyirlər: "Bu gün səhər mən Samvel Şahramanyanla görüşmək məqsədi ilə nümayəndəliyə getdim. Təəssüflər olsun ki, Şahramanyan məni qəbul etməyi lazım bilməyib.

Məhkəmə qarşısında təkcə keçmiş quldurlar Bako Saakyan, Arayik Arutyunyan deyil, Şahramanyan da çıxmalıdır", - deyə Petorsyan yazıb. 

Ağarza Elçinoğlu