Xaricdə yaşayan ukraynalı kişilər orduya çağırıla bilərlər. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov açıqlayıb. 

O, Ukraynada belə bir məsələnin müzakirə olunduğunu bildirib: "Gələn il xaricdə yaşayan kişilər hərbi xidmətə çağırıla bilər. Almaniyada və digər ölkələrdə çağırış yaşı 25-dən 60-a qədər olan ukraynalılardan Silahlı Qüvvələrin çağırış məntəqələrinə gəlmələri tələb oluna bilər. Biz hələ də onlar könüllü gəlmədikləri halda nə baş verəcəyini müzakirə edirik".

Ağarza Elçinoğlu