2023-cü ildə Rusiyada yoxsulluğun səviyyəsi tarixi minimuma düşəcək, lakin onu sıfıra endirmək lazımdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.

"Ümumiyyətlə, yoxsulluq yaxşı söz deyil, amma buna baxmayaraq belə göstəricilər var. 2023-cü ildə tarixi minimum olacaq. Amma hələ də yoxsulluq həddində yaşayan insanlar - onlar üçün bu boş sözdür. Bu rəqəmi azaltmaq üçün çalışmalı, sıfıra çatmalıyıq", - deyə prezident vurğulayıb.

O, həmçinin əlavə edib ki, hazırda ölkədə yeni istehsal müəssisələrinin açılması və mövcud olanların müasirləşdirilməsi üçün unikal bazar imkanları mövcuddur. 

Ağarza Elçinoğlu