Korrupsiyaya Qarşı Mübarizə Fondunun  rəhbəri Mariya Pevçix cinayət işi üzrə axtarışa verilib. 

"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyi FBK rəhbəri Mariya Pevçixi axtarışa verib. O, cinayət maddəsi ilə axtarışa verilib. Onun hansı maddə ilə ittiham olunduğu məlum deyil.  

Korrupsiyaya Qarşı Mübarizə Fondu Rusiyada ekstremist təşkilat kimi tanınır. Mariya Pevçix xarici agent statusuna malikdir.