Moskvanın Preobrajenski Məhkəməsi Rusiya Federasiyasının Açıq Hökumət üzrə keçmiş naziri Mixail Abızovu 12 il müddətinə azadlıqdan məhrum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Moskva Ümumi Yurisdiksiya Məhkəmələri” Telegram kanalında məlumat verilib.

Keçmiş nazir kriminal birlik yaratmaqda, qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham olunur. Həbs müddətindən əlavə Abızova 80 milyon rubl məbləğində cərimə də ödəməlidir.

Cinayət işi üzrə qalan təqsirləndirilən şəxslər müxtəlif cəzalar alıblar.

2012-2018-ci illərdə Mixail Abızov Açıq Hökumət Məsələləri üzrə Nazir vəzifəsində çalışıb. O, 2019-cu ildə oğurluq və xaricə külli miqdarda pul çıxarma ittihamı ilə saxlanılıb. O, oğurlanmış 4 milyard rublun ölkədən çıxarılmasında iştirakda ittiham olunur. 2022-ci ilin yanvarında Rusiya Federasiyasının İstintaq Komitəsi Abızov və daha 11 nəfərə qarşı cinayət işinin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2012-2018-ci illərdə iki enerji şirkətindən - Sibir Enerji Şirkəti və Regional Elektrik Şəbəkələrindən 4 milyard rubl məbləğində vəsait oğurlayıblar, onlar həmçinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda və gəlir əldə etməkdə iştirak etmiş hesab ediliblər.