Dünyada ən yüksək gəlirli səhmlər 2023-cü ilin əvvəlindən demək olar ki, 600% artmış Cənubi Koreyanın aparıcı ikinci dərəcəli akkumulyator istehsalçısı Ecopro Co şirkətinin səhmləridir.

"Unikal" xəbər verir ki, reytinq Bloomberg tərəfindən tərtib edilib.

Materialda deyilir: “Ecopro Co səhmləri bu il 571% gəlir gətirərək, reytinqdəki 2647 şirkətin hamısını inamla üstələyib.

Reytinqdə ikinci yeri Cənubi Koreyanın elektromobil akkumulyatorları üçün elementlər istehsal edən Kum Yang Co şirkətinin qiymətli kağızları tutub. Bu ilin əvvəlindən onun səhmlərinin gəlirliliyi 350%-dən çox olub.