Almaniyanın Köln şəhərində qondarma "erməni soyqırımı" abidəsi sökülüb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Welt" telekanalı məlumat yayıb. 

Məlumata görə, Köln şəhərinin meri Henriette Reker abidənin sökülməsi haqqında qərar verib.

Şəhərin erməni icması bir ildən artıqdır ki, belə bir qərara qarşı mübarizə aparırdı. Lakin "Boz Qurdlar" kimi tanınan qruplaşma qondarma abidənin sökülməsinə nail ola bilib. 

Ağarza Elçinoğlu