Qəzza zolağında 2,2 milyondan çox insandan ibarət bütün əhali böhran və ya daha şiddətli aclıq səviyyəsi ilə üz-üzədir.

"Unikal" xəbər verir ki, bu barədə BMT məlumat yayıb. 

İsrailin qurudan davam edən hücumu və anklavı bombalaması fonunda aclıq riski günü-gündən artır: "Qəzzada vəziyyət bütün sektorlar üçün açıq-aydın fəlakətlidir və hərtərəfli çoxsektorlu və strateji cəhətdən balanslaşdırılmış humanitar reaksiya ilə birlikdə son dərəcə təcili siyasi reaksiya tələb edir". 

Ağarza Elçinoğlu