Qırmızı Planetə 69-cu uçuşunu həyata keçirən NASA-nın İngenuity helikopteri Marsda əməliyyatların başlanmasından bəri ən uzun məsafəni qət edib.

"Unikal" xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) sosial şəbəkədə məlumat yayıb. 

"Mars helikopteri bu günə qədər ən uzun məsafəni - 705 m məsafəni 135 saniyəyə qət edərək rekorda imza atıb", - məlumatda deyilir.