İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanda "Hizbullah"ın bir sıra obyektlərinə hücum edib. 

"Unikal" xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, hücuma məruz qalan hədəflər arasında hərbi obyektlər və "terror infrastrukturu" var.

Livan ərazisindən İsrailin şimalı istiqamətində bir sıra raketlərin buraxıldığı da bildirilir.