Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əmri ilə vəzifəsindən kənarlaşdırıla və ya sui-qəsd edilə bilər.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalında jurnalist Denni Hayfonqa müsahibəsində  bildirib.

"Yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram" deyən Ritter, Zelenskinin də Rumıniya lideri Nikolae Çauşesku (N.Çauşesku 1989-cu il dekabrın 25-də Buxarest yaxınlığındakı hərbi bazada edam edilib. - red) kimi sıradan çıxarılacağını qeyd edib.

Hıəmçinin, Ritter Ukrayna prezidentini nasist Almaniyasının lideri Adolf Hitlerlə də müqayisə edib.