israil hərbçiləri Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib. 

"IDF gecə və bu səhər Hizbullahın bir sıra terrorçu hədəflərinə, o cümlədən terrorçuların əməliyyat infrastrukturuna və bir hərbi kompleksə zərbələr endirib”, - bəyanatda deyilir.

Bundan əlavə, İsrail artilleriyası Livan ərazisini atəşə tutub.