İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.

"Unikal" xəbər verir ki, bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.

Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.

Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.