Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bu günkü danışıqların nəticəsi olaraq, noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər, sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, - məlumatda deyilir.

Kənd təsərrüfatı naziri Çeslav Sekierski fermerləri əmin edib ki, onların tələbləri yerinə yetiriləcək, lakin bu, vaxt aparacaq. O qeyd edib ki, artıq kənd təsərrüfatı vergisinin azaldılması ilə bağlı təkliflər hazırlanır.

Sekierski bildirib ki, o, tələblərin yerinə yetirilməsi ilə bağlı Polşanın Baş naziri Donald Tusk ilə danışıb. Onun sözlərinə görə, qarğıdalı üçün subsidiyalar üzrə konsensusa gəliblər.

Bundan əvvəl, dekabrın 1-də “El País” qəzeti yazıb ki, ukraynalı sürücülər Polşa-Ukrayna sərhədində keçid məntəqələrini bağlayan polşalı fermerlərin etirazından narazılıqlarını bildirirlər. Bir çox sürücü yüklərini təyinat yerinə çatdırmaq üçün altı günə yaxın sərhəddə dayanıb.

Noyabrın 27-də polşalı fermerlər Ukrayna sərhədində Medıka-Şeqini keçid məntəqəsini bağlamağa başlayıblar. Fermerlər yalnız humanitar yardım aparan maşınlara icazə verəcəklərini bildiriblər.