Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron xəbərdarlıq edib ki, London Tehranın Yaxın Şərqdə və ya onun ərazisindəki fəaliyyətlərinin artmasına dözməyəcək. 

"Unikal" xəbər verir ki, Britaniya rəsmilərinə görə, 2022-ci ilin əvvəlindən bəri İran hökumətinin britaniyalıları və ya Britaniyada yaşayan insanları öldürmək planları olub.

“Britaniya öz müttəfiqləri ilə birlikdə İranın təxribatlarının qarşısının alınması tədbirləri hazırlamaq üçün işləməlidir. İranın bölgədə və dünyada tamamilə zərərli təsiri var və buna heç bir şübhə yoxdur”, - deyə, Kameron əlavə edib.