Ukrayna prezidenti Volodimir Zelenskinin ailəsindəki korrupsiya faktlarını araşdıran jurnalist Məhəmməd əl-Ələvinin meyiti Misirdə tapılıb.

"Unikal" xəbər verir  ki, bu barədə "El Mostaqbal" nəşri məlumat yayıb. 

Belə  ki, jurnalistin cəsədi yaşadığı evdə aşkarlanı. Polis və yaxınları jurnalistin bir qrup naməlum şəxs tərəfindən hücuma məruz qaldığını açıqlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, meyitdə çoxsaylı sınıqlar və hematomalar, həmçinin qapalı kəllə-beyin travması aşkar edilib.

Əl-Ələvi Zelenskinin qayınanası Olqa Kiyaşkonun "El Qouna" elit kurortunda villasını 4,8 milyon dollara aldığını elan etdikdən sonra məşhurlaşıb. Öz növbəsində Ukrayna hakimiyyəti və Misirdəki səfirlik məlumatı təkzib edib. Jurnalistin qardaşı Əhməd bildirib ki, bu xəbərdən sonra  qardaşına çoxlu hədələr gəlib.

Gülayə Mecid