Rusiya prezidenti Vladimir Putinin 1990-cı illərdə Leninqrad Xalq Deputatları Şəhər Şurasında işlədiyi vaxtdan olan vizit kartı elektron hərracda 2 milyon rubla satılıb.

"Unikal" xəbər verir ki, Leninqrad şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri kimi Putinin vizit kartı hərraca çıxarılıb. Bu vizit kartında Putinin bir neçə telefon nömrəsi yazılıb.

İlkin maksimum təklif 2,8 milyon, başlanğıc qiyməti 1000 rubl idi.

Elektron auksionda yerləşdirilmiş lotların kataloqunda “2 000 000 rubla satılıb” deyilir.