UEFA rəsmi saytında klubların 2023-cü ili üçün son reytinqini açıqlayıb. 

"Unikal" xəbər verir ki, yenilənən siyahıya “Mançester Siti” başçılıq edir.

“Bayern Münhen" klub reytinqində ikinci yeri tutur. İlk üçlüyü "Real Madrid" tamamlayır. 

Azərbaycan təmsilçisi "Qarabağ" 2023-cü ildəki son sıralamanı 60-cı yerdə başa vurub.

Klub əmsalları klubların son 5 mövsümdə avrokuboklarda nəticələrinə əsasən hesablanır. Reytinq UEFA-nın himayəsi altında keçirilən yarışlarda püşkatma zamanı klubların sıralamasını müəyyən edir.

UEFA reytinqində ilk 10 klub:

1. "Mançester Siti" - 141.000
2. "Bayern" - 136.000
3. "Real Madrid" - 123.000
4. PSJ - 108.000
5. "Liverpul" - 107.000
6. "İnter" - 99.000
7. "Leyptsiq" - 96.000
8. "Çelsi" - 96.000
9. "Mançester Yunayted" - 92.000
10. "Roma" - 91.000.
...
41. Braqa - 49.000
...
60. Qarabağ - 31.000