Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib, yük və minik maşınları toqquşub, iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan Məmmədov Alışan Zülfüqar oğlu və Həsənov Elşad Mirzəxan oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.