Türkiyə öz istehsalı olan qırıcının ilk uçuş tarixini təxirə salıb.
"Unikal" xəbər verir ki, ilk uçuşun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılırdı.
“Defence News” xəbər verir ki, qərar yerüstü sınaqların, xüsusən də enişdən əvvəl və sonra qırıcının uçuş-enmə zolağına taxılması ilə bağlı sınaqların başa çatdırılması zərurəti ilə əlaqədar qəbul edilib.
Qırıcının ilk uçuşunu bir neçə həftə ərzində edəcəyi gözlənilir.
Təyyarənin hazırlanması 2017-ci ildən aparılır, qırıcının seriya istehsalına 2028-ci ildə başlanmalıdır. Türkiyə rəhbərliyinin planına görə, öz istehsalı olan beşinci nəsil təyyarələr, 2030-cu ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdən çıxması planlaşdırılan Amerika dördüncü nəsil F-16 qırıcılarını əvəz etməlidir.