Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.

O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb.

"Hər şey öz yerində, yaxşı vəziyyətdədir" - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı liderlərinin məhdud tərkibdə görüşü keçirilib.

Məhdud tərkibdə görüş media üçün qapalı olub. Avrasiya İqtisadi İttifaqı liderləri bağlı qapılar arxasında danışıqlar aparıblar.