İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilib.

"Unikal" xəbər verir ki, TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar Komissiyaya İsveçin NATO-ya üzvlük prosesi haqqında məlumat verib, parlament üzvləri qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Danışıqlar başa çatdıqdan sonra “İsveç Krallığının NATO-ya üzvlüyünə dair Protokolun Təsdiq Edilməsi” haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.