Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat olacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

 

Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)

 

 

 

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya

iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

 

 

8 146 218,8

 

2.2.

Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin

akrhesabı ödənişləri

 

3 600,6

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə

ötürülməsindən əldə edilən gəlir

24 223,4

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin

yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

3 131 968,3

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı

sərmayəçilər tərəfindən ödənilən bonuslar

767 244,4

 

Cəmi

12 073 255,5

 

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№-si

 

Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 781 000,0

 

 

3.2.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

 

 

33 526,0

 

 

3.3.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət

Proqramı”nın maliyyələşdirilməsi

 

 

47 460,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

38 246,5

 

Cəmi

12 900 232,5