Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət təqibi dayandırılıb.

"Unikal" xəbər verir ki, bu qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib.
İş üzrə prokuror qeyd edib ki, bu iş üzrə iddia müddəti may ayında başa çatıb, lakin Köçəryan cinayət təqibinin dayandırılmasının əleyhinə çıxıb. Dekabrın 26-da ikinci prezidentin vəkilləri cinayət təqibinə xitam verməyə razılaşıblar.
Xatırladaq ki, Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. İkinci prezident iş adamı Silva Ambartsumyandan xüsusilə külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.