Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.

"Unikal" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. 

“Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Telewizja Polska S.A., Polskie Radio S.A., Polskiej Agencji Prasowej S.A. şirkətlərini ləğv etmək qərarına gəldim” - deyə nazir deyib.

O bildirib ki, indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq”.

*** 22:14

Polşada maliyyə çatışmazlığı səbəbindən dövlət mediası bağlanacaq.

"Unikal" xəbər verir ki, bu açıqlama ilə mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç çıxış edib.

Onun sözlərinə görə, bu, Polşa prezidentinin qərarı ilə bağlıdır. Sienkiewicz dəqiqləşdirib ki, Polşa Televiziyasının, Polşa Radiosunun və Polşa Xəbər Agentliyinin ləğvi ilə bağlı prosedurlara başlanılıb.

Bundan əvvəl Anjey Duda dövlət mediasının maliyyələşdirilməsinə 3 milyard zloti ayırmağı nəzərdə tutan qanun layihəsinə veto qoyub.