Rusiya Səhiyyə Nazirliyi qızların ginekoloq tərəfindən profilaktik müayinə yaşının 14-dən 13-ə dəyişdirilməsi təklifini qəbul edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd normativ hüquqi aktların federal portalında dərc edilib.

Rusiya Səhiyyə Nazirliyinin uşaq və gənclər üzrə baş müstəqil ginekoloqu Yelena Uvarovanın sözlərinə görə, yeniyetmə qızların ginekoloq tərəfindən müayinə olunma yaşının dəyişdirilməsi onların sağlamlığı, o cümlədən reproduktiv sağlamlıq üçün fundamental əhəmiyyət kəsb edir.