"ABŞ prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsində iki cəbhədə oynamağa çalışır". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.

"Bayden bu münaqişənin baş verməsinə icazə verdi. Baxın, Bayden iki cəbhədə oynamağa çalışır və düşünürəm ki, o, uğursuzluğa düçar olur", - Tramp bildirib. 

Tramp həmçinin iddia edib ki, əgər o, ABŞ prezidenti olmasaydı, bu  müharibə heç vaxt baş verməzdi. 

Gülayə Mecid