Dünyadakı son sarsıntılar Qərbin hərəkətləri nəticəsində baş verib və heç kim onun geosiyasi maxinasiyalarından, eləcə də 2024-cü ildə yeni böhranlardan sığortalanmayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bunu anlamağa başlayıb. Rusiya Federasiyasının tərəfdaşlarının əksəriyyəti Moskva ilə razılaşır ki, Qərb gec-tez çoxqütblü dünyanı qəbul etməli olacaq.
"Və bundan sonra bütün məsələlər maraqlar balansı əsasında həll olunacaq ", - Lavrov əlavə edib.
Gülayə Mecid