Latviyada Yandex ilə əlaqəli saytlara giriş bloklanıb.
"Unikal"
xəbər verir ki, bu barədə Milli Elektron Media Şurası qərar qəbul edib.

Bu barədə dövlət agentliyinin nümayəndəsi İvars Abolins X sosial şəbəkəsində məlumat verib. Qeyd olunur ki, gələcəkdə ölkə Yandex.Music xidmətinə girişi bloklamağı planlaşdırır.

Ötən ilin aprelində Latviya Rusiyanın 16 internet resursuna, o cümlədən Yandex.ru və Mail.ru axtarış sistemlərinə, həmçinin media saytlarına girişi məhdudlaşdırıb.