Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Belarus vilayətlərinin məhsullarının təqdim edildiyi “Birinci Milli Ticarət Evi”nin açılışında Vitebsk broyler quşçuluq fermasının nümayəndələrinə toyuq yumurtasını ruslarla bölüşməyi tapşırıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, “Qanna” quşçuluq fermasının şirkət mağazasına baş çəkən Lukaşenko "Yumurta varmı" deyə soruşub. 

Şirkətin baş direktoru Anna Norkus “Bəli" deyə cavab verdikdən sonra Belarus lideri "Putinə də belə cavab vermək lazımdır" deyib. 

Norkus zarafatla qeyd edib ki, “biz onlara yumurta təklif edirik, amma onlara çatmır:

"Bizim 70%-imiz daxili bazar, 30%-imiz ixrac üçündür. Bu 30%-in 16%-i Rusiya Federasiyasının, 10%-i Çinin, 4 %-i postsovet ölkələrinin payına düşür".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Lukaşenko ilə görüşündə "Acgözlük etməyin, Rusiyaya bir az yumurta verin" deyə zarafat etmişdi.