Fransa ordusunu Nigerdən tamamilə çıxarıb. Bunun şərəfinə ölkədə əsl bayram keçirilib. 

"Unikal" xəbər verir  ki, bu barədə "Est Republican" qəzeti məlumat yayıb. 

"Minlərlə insan 26 iyul çevrilişindən sonra hərbi idarəçilik altında olan Nigerdə ​​yerləşən son Fransız qoşunlarının ölkədən çıxmasını qeyd edir", - nəşr yazıb. 

Nigerin paytaxtı Niamey küçələrində vətəndaşlar bütöv konsertlər verib, akrobatların çıxışları təşkil ediblər. Bütün bunlar Fransa əleyhinə şüarlarla müşayiət olunub. 

Bayram mərasimində Niger, Mali və Burkina Fasonun baş nazirləri iştirak ediblər.  

Xatırladaq ki, sentyabrın əvvəlində üsyançılar tərəfindən Nigerin baş naziri təyin edilmiş Ali Mahamane Lamin Zein Fransa hərbçilərinin  ölkəsində qeyri-qanuni olduğunu bildirmişdi. Onların dövlətdən çıxması ilə bağlı danışıqlar elan edilib.

Buna cavab olaraq sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron Nigerdəki səfirlərini geri çağıraraq, fransız əsgərlərinin də yaxın vaxtlarda bu ölkəni tərk edəcəyini açıqlayıb.  

Gülayə Mecid