Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Belqorodda ölənlərin sayı 18 nəfərə çatıb. 111 sakin xəsarət alıb”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Dekabrın 30-da Ukraynadan Belqoroda kütləvi hücum baş verib . Əsas hücum şəhərin mərkəzinə edilib. Daha əvvəl üçü uşaq olmaqla 14 nəfərin öldüyü bildirilirdi.

19:13

Belqorodda atışma nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 108 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölənlərdən 2-si, yaralılardan 15-i uşaqdır. 

*** 18:27

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində 10 nəfər ölüb, 45 nəfər yaralanıb.

“Unikal” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, 55 evə ziyan dəyib.

Ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.