Transfermarkt portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.

"Unikal" xəbər verir ki, 11 futbolçudan ibarət heyətin ümumi dəyəri 1,22 milyard avro təşkil edib.

Qapıçı: Mik Maignan ( Fransa , Milan).

Müdafiəçilər: Trent Alexander-Arnold ( İngiltərə , Liverpul), Vilyam Saliba (Fransa, London Arsenal), Ruben Dias ( Portuqaliya , Mançester Siti), Josko Qvardiol ( Xorvatiya , Mançester Siti).

Yarımmüdafiəçilər: Rodriqo Hernandes ( İspaniya , Mançester Siti), Camal Musiala ( Almaniya , Bayern Münhen), Deklan Rays (İngiltərə, Arsenal).

Hücumçular: Jude Bellinqhem (İngiltərə, Real Madrid), Kilian Mbappe (Fransa, Paris Saint-Germain), Erlinq Haaland ( Norveç , Mançester Siti).

Hazırda ən bahalı futbolçular Bellinqhem, Mbappe və Haalanddır. Transfermarkt-a görə hər üç futbolçu 180 milyon avro dəyərində qiymətləndirilir.