Qaçaq mafiya başçısı Nikola Rullo İtaliyada tutulub.

"Unikal" xəbər verir ki, Ansa bu barədə Neapol Carabinieri-yə istinadən məlumat yayıb.

Rullo daha böyük Contini cinayət ailəsinin bir hissəsi olan Contini dəstəsinə rəhbərlik edirdi. Həmin şəxs həbsxanada ekstradisiyasını gözləyir. O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. 2020-ci ildə o, həbsdən azad edilib. İspaniyada  Rullo dekabrın 15-dən Alikantedəki El Plantio Golf Resort-da qalır.