Qax rayonunun Tasmalı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, İbadullayev Fariz Nəzir oğlu idarə etdiyi "OKA" markalı minik avtomobili ilə hərəkətdə olarkən rayonun Tasmalı kənd sakini 1991-ci il təvəllüdlü İsa Cahangir oğlu Məmmədovu vurub.

Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli